"Rusiya Skripala hücum təşkil etdiyini etiraf etməlidir"


Dünya 28 Mar 2018 09:06:34 222 0

"Rusiya Skripala hücum təşkil etdiyini etiraf etməlidir"

ABŞ və onunla müttəfiq ölkələrlə münasibətləri yaxşılaşdırmaq üçün Moskva Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripalın zəhərləndirilməsində məsuliyyət daşıdığını etiraf etməlidir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.    

"Rusiya hökuməti ilə danışıqlara qapı açıqdır, lakin əgər Rusiya münasibətləri yaxşılaşdırmaq istəyirsə, ilk növbədə, bu hücuma görə məsuliyyət  daşıdığını etiraf etməlidir, düşüncəsiz və aqressiv davranışa son qoymalıdır", - Xezer Nauert bildirib.