"İran və Azərbaycan strateji tərəfdaşa çevrilir"


Digərləri 28 Mar 2018 08:40:00 266 0

"İran və Azərbaycan strateji tərəfdaşa çevrilir"

Tehranla Bakı arasında ikitərəfli münasibətlər strateji əlaqələrə çevrilmə yolunda irəliləyir.

Son.az bildirir ki, bunu Trend-ə İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pak Ayin deyib.

Keçmiş səfirin sözlərinə görə, son illər ərzində tərəflər iqtisadiyyat və təhlükəsizlik, xüsusilə də terrorçuluqla mübarizə kimi sahələrdə birgə tədbirlər görüb.

İran Prezidenti Həsən Ruhaninin Bakıya bugünkü səfərini şərh edən M.Pak Ayin deyib ki, son beş il ərzində Azərbaycan və İran prezidentləri 10-dan çox görüş keçirib və bu görüşlər yeni sazişlərin əldə olunmasında və onların reallaşdırılmasında vacib rol oynayır.

Keçmiş səfir qeyd edib ki, hər iki ölkə təhlükəsizlik və regional sabitlik məsələləri üzrə ümumi mövqeni bölüşür və bu cür əməkdaşlıq ölkələrin uzunmüddətli maraqlarının reallaşdırılmasını təmin edəcək: