ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqlayıb


Dünya 28 Mar 2018 08:42:49 206 0

ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqlayıb

"Moskva mühakiməsiz və təcavüzkar davranışlarına son qoymalıdır"

Rusiya ABŞ və müttəfiqləri ilə münasibətləri yaxşılaşdırmaq üçün Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın həyatına sui-qəsddə günahkar olduğunu etiraf etməlidir.

“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert deyib.

Bundan əlavə, o bildirib ki, Moskva mühakiməsiz və təcavüzkar davranışlarına son qoymalıdır.

"Londonun Rusiyanın məsələdə günahını təsdiq edən sübutları Dövlət Departamentinə verdimi?" sualına o, birbaşa cavab verməkdən yayınıb:

"Bu, ABŞ hökumətinin ən yüksək səviyyədə maraqlandığı bir işdir".