Bu sindrom əzələnin əriməsinə səbəb ola bilər


Digərləri 28 Mar 2018 08:39:00 231 0

Bu sindrom əzələnin əriməsinə səbəb ola bilər

Karpal tunel sindromu vaxtında düzgün diaqnoz qoyulmazsa, əzələnin əriməsinə səbəb ola bilər. Əllərdə və qollarda uyuşma, ağrı, gücün azalması bu sindromun əlamətləri ola bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nevroloqu, tibb üzrə fəlsəfə doktoru Nuridə Tağıyeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, bu, əl biləyindən keçən sinirin sıxılması nəticəsində yaranan problemdir: "Sindroma həm kişi, həm də qadınlarda rast gəlmək olar. Qadınlar bu hal ilə əsasən ev işləri ilə məşğul olan zaman rastlaşırlar. Onlar bunu, eyni zamanda, keyimənin yaranması və xüsusən ilk üç barmağa sanki elektrik cərəyanı vurması kimi təsvir edirlər. Belə xəstələr adətən gecələr əllərdə ağrının artmasından şikayətlənirlər. Problemin gedişinə bağlı olaraq, bu ağrı yuxudan oyandıracaq qədər də arta da bilər".

Nevroloq sindromun digər əlamətləri barədə də danışıb: "Buna əldə gücün itməsi, əşyaları əldə tuta bilməmək, ağrının qola yayılması, əli sallamaqla ağrının azalması, barmaqlarda və ovucda hissiyatın itməsi, daha çox səhərlər şişlik və əldə qıcolmalar daxildir.