İnsanın mimikasını təkrarlayan robot yaradılıb


Digərləri 28 Mar 2018 07:53:00 248 0

İnsanın mimikasını təkrarlayan robot yaradılıb

Böyük Britaniyanın Kembric Universitetinin professoru Piter Robinson insanın mimikasını tanıyan və təkrarlayan robot yaradıb. "Çarlz" adlı robot Kembric Universitetinin texnologiyalar və kompüter elmləri bölməsinin proqramının bir hissəsidir. Əməkdaşlar insanlarla robotların qarşılıqlı əlaqəsinin müxtəlif üsullarını araşdırırlar. Onlar robotun cavablarında emosiyaların mövcudluğunun ünsiyyətin daha yaxşı alınmasına imkan yaradacağını düşünürlər.

"Biz kompüterlərə sosial siqnalları, üz ifadəsi, səsin tonu və jestləri anlamaq qabiliyyəti vermək niyyətində idik. Düşündük ki, robotun cavablarında nə qədər çox emosiya olarsa, insanlar onunla daha çox qarşılıqlı əlaqədə olacaqlar", - deyə professor bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çarlz onun üz əzələlərini idarə edən 24 motora malikdir. Robot qaş, ağız, çənə və üzünün digər hissələrini hərəkət etdirir. Siqnal videokameradakı məlumatları analiz edən proqram təminatının quraşdırıldığı kompüterdən daxil olur. Kamera insanın sifətini çəkir və şəkili kompüterə göndərir. Bütün proses üç saniyə ərzində baş verir.