Kanadada kişi polisə atəş açıb, ölən və yaralanan var


Dünya 28 Mar 2018 04:57:29 326 0

Kanadada kişi polisə atəş açıb, ölən və yaralanan var

Silahlı cani fərdi yaşayış evinin sakinindən maşının açarlarını zor gücü ilə almaq istəyib

Kanadanın Kalqari şəhərinin şimal-şərqində naməlum şəxs atəş açıb.

“Report” xəbər verir ki, polisi yaralayaraq maşın qarajında gizlənən şəxs orada ölü tapılıb.

Polis cinayətin detallarını açıqlamır, lakin məlumdur ki, silahlı cani fərdi yaşayış evinin sakinindən maşının açarlarını zor gücü ilə almaq istəyib. Çağırışa polis gəlib.

Kişi hadisə yerinə gələn polisə atəş açıb. Yaralı asayiş keşikçisinin vəziyyəti barədə məlumat verilmir.