Bakıda mənzildən kişi meyiti aşkar edilib


Sosial 28 Mar 2018 00:31:33 271 0

Bakıda mənzildən kişi meyiti aşkar edilib

1959-cu il təvəllüdlü Şaiq Vəliyevin cəsədi aidiyyəti üzrə təhvil verilib

Bakı şəhərinin Səbail rayonunda kişi meyiti aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə məlumat Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Vəliyev Şaiq Dünyamalı oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.