Günün qoroskopu: iş çox və çətin olarsa, gün bir qədər tez keçəcək


Digərləri 28 Mar 2018 00:01:00 243 0

Günün qoroskopu: iş çox və çətin olarsa, gün bir qədər tez keçəcək

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - əyləncə və istirahət zamanı deyil. Səhər saatlarından etibarən vaxtınızı işə sərf edin.

Ay və Tefeyanın münasibətləri sizdən müstəqil, təkbaşına iş tələb edir. Bu gün real olaraq faydalı iş görün, nəticəni səbatlı edin. Belədə gün sizdə razılıq hissi yaradacaq.

Hansısa çətin işi təşkil etmək, yükü və həll olunası nüansların sayının artırılması cəhdləri uzun-uzadı, faydasız müzakirələrə səbəb ola bilər.

İnformasiya axtarışı ilə bağlı gözlənilməz tələbat yarana bilər.

Şəxsi münasibətlərdə ehtiyatlı olun, çünki mübahisə ehtimalı var.

Buğa - Fobos və Deymos bu gün sizdən ifrat tənqidə varmamağı tələb edlir. Hətta dəyişikliklərə ciddi ehtiyac duyulduğu görünsə də, soyuqqanlı olun. İşdə həmkarlarınız, evdə isə yaxınlarınızın qəlbini sındırmadan situasiyaya təsir imkanlarını arayın.

Müdriklik, praktik davranış sizə zamandan maraqlarınızın təminatı üçün yararlanmağa imkan verəcək.

Yanınızdakı insanlar tənbəllik və ya ətalətlidirsə, irəliyə doğru gedin.

Perspektivlər genişlənir. Mühüm məsələni tez həll etmək, nə barədəsə razılığa gəlmək, gərəkli informasiyanı almaq olar.

Müəyyən maraq sizi yola çağıra bilər.

Sizdən uzaq olan tanışlarla yazışın, onlardan birinə zəng vurun.

Əkizlər - yaxın ətrafınız sizdən yeni öhdəliklərin yerinə yetirlməsini istəyə bilər. Səlahiyyətlərinizin bir qismini istəyəcəklər, sizdən əsla sevmədiyiniz rolda olmağınızı xahiş edəcəklər.

Yaranmış müşkülləri həll edin, müxtəlif işlərin sonuclarını birləşdirin. İşlərin uğurla davam etməsi üçün detalları dəqiqləşdirin.

Valideynlərə və ya qohumlardan birinə yardım gərək ola bilər.

Şəxsi münasibətlərdə təşəbbüs istənilən effekti verməyəcək. Emosiya və hisslərdə müəyyən durğunluq var.

Axşam saatlarını özünüzə ayırın.

Xərçəng - bu gün ön planda iş və yalnız iş norlmalıdır. Əsas diqqəti detallara, təfərrüatlara, xırdalıqlara ayırın. Alınan informasiyanı sistemləşdirin.

Pəhriz, orqanizmdəki problemlərin aradan qaldırılması, emosiyaların sakitləşdirlməsi üçün əlverişli gündür.

Yaxınlarınızla münasibətlərdə böyük mövzuların müzakirəsinə ehtiyac yarana bilər.

Ailənin yaşlı üzvlərinə daha çox diqqət ayırın. Qarşılıqlı anlaşma, müxtəlif yaşlı insanlar arasında münasibətlərdə səmimiyyətdə problemlərin yaranması istisna deyil.

Səfərlərdə diqqətli olun. Hər şey barədə dərhal düşünüb kompleks qərar verməyə tələsməyin. Təhlükəsizliyə riayət edin, əşyalarınızı gözdən qoymayın.

Şir - əməkdaşlığı dəyərli saydığıınız insanlara qarşı bu gün tələb və iddiaların sayını artırmayın. Problemlərin işdəki çatışmazlıqları aşkarladıqları müstəvilərdəki qərarlar radikal ola bilər.

Sinope və Oberonun münasibətləri bu gün nəyinsə dağılacağını, çökəcəyini, sıradan çıxacağını göstərir.

İşlərdə və münasibətlərdə eksperimentlər aparmağa təşəbbüs göstərməyin.

Təhlükəsizliyinizin təminatını düşünün, təlimatları pozmayın, şər qarışandan sonra yad məkanlarda dolaşmayın, yanınızdakı insanlara öz mövqeyinizi təlqin etməyə can atmayın.

Hadisələrin ənənəvi məcrasına yeniliklər etməyin. Əhvalınızın təsirinə düşüb addım atmayın. Şəxsi münsibətlərdə umu-küsü üçün səbəb aramayın. Sevdiyiniz insanın səhvlərini bağışlayın.

Qız - bu günün təmayüllərini hiss edin, hər şeyin qaydasında olduğunu yoxlayın. Vədlərinizi yerinə yetirin, çünki sizinlə bağlı gözləntilər var.

Yaxınlarınız, dəyər verdiyiniz insanlar və sevgilinizlə münasibətlərdə güzəştə getməyi bacarın.

Yardıma ehtiyacı olan insana kömək edin.

Kallisto və Mirandanın münasibətləri sizə gərgin gün yaşadacaq. Emosiyaların əsiri olsanız, enerjinizin sərfi konstruktiv olmayacaq və pərişan qalacaqsınız. Sakit, rəvan, ritmik iş soyuqqanlı davranışı bərpa edəcək.

Münasibətlərdə təhlükəli döngələrə yol verməyin. Yaradıcı işlə məşğulsunuzsa, fantaziyanız mütləq özünü büruzə verəcək.

Tərəzi - Amalteya və Haron bu gün sizdən özünüzə qarşı tələbkarlığı azaltmağı, yaxın ətrafınızdakı insanlarla münasibətlərdə daha soyuqqanlı və həlim olmağı tələb edir.

Görməli olduğunuz işlərin siyahısı böyüyə bilər. Ona görə də işlərin bir qismini həmkarlarınız və ya ailə üzvləriniz arasında bölüşdürün.