Cadudan necə qorunmaq olar?


Digərləri 27 Mar 2018 23:40:00 312 0

Cadudan necə qorunmaq olar?

Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:

Namaz qılmaq, həmçinin Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi)

Günahları tərk edərək onlardan tövbə etmək

Son.az zikr.az-a istinadən bildirir ki, Qurani Kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, şeytan Bəqərə surəsi oxunan evdən qaçar". (Muslim). Bu zaman heç bir vəsvəsə, qorxu və s. şeylərə fikir verməyərək bunu dayandırmamaq.

Çoxlu zikr etmək. Uca Allah buyurur. "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Buraya "əuuzu billəəhi minə-ş-şeytaani-r-raciim" demək, səhər və axşam zikrləri, yeməkdən əvvəl və sonra, evdən çıxarkən və evə girərkən edilən zikrlər, namazlardan sonra Ayətul-Kursi, əl-İxlas, əl-Fələq, ən-Nas surələri oxumaq, yatmazdan əvvəl edilən və digər zikrlər daxildir.

Yuxuda şeytanın vəsvəsəsindən qorunmaq üçün yatmazdan qabaq zikrlər etmək. Peyğəmbər demişdir: "Kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz".