Artıq çəki daha teztez xərçəngə gətirib çıxarır


Digərləri 27 Mar 2018 23:05:00 259 0

Artıq çəki daha teztez xərçəngə gətirib çıxarır

Britaniyada aparılan genişmiqyaslı tədqiqatın nəticələrinə görə, onkologiyanın siqaretdən asılılıq səviyyəsi zəifləyən zaman artıq çəki və piylənmə daha tez-tez xərçəng xəstəliklərinin inkişafına gətirib çıxarır.

Böyük Britaniyanın onkoloji tədqiqatlar üzrə xeyriyyə təşkilatı tərəfindən əldə edilmiş məlumatlar əksər hallarda xəstələrdə xərçəng xəstəliklərindən yayınmağın mümkünlüyünü sübut edib.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, hal-hazırda xərçəng xəstəlikləri hallarının 6,3 faizi artıq çəki ilə bağlıdır.

Bu isə 2011-ci ildə qeydə alınan 5,5 faizi ötməsi deməkdir.

Lakin siqaretin səbəb olduğu xərçəng hallarının sayı azalıb. Alimlər piylənmə ilə bağlı sağlamlıq təhlükəsinin aradan qaldırılması üçün əlavə tədbirlərin vacib olduğunu qeyd ediblər.

Britaniya ərazisində keçirilən tədqiqat həmçinin onu göstərib ki, Şotlandiya onkoloji səbəblərin(hansı ki xərçəng xəstəliyinə yoluxmaqdan yayınmaq olar) potensial olaraq aradan qaldırılmasında ən yüksək göstəriciyə sahib ərazidir.

41,5 faizlə siyahıya başçılıq edən Şotlandiyadan sonrakı yerləri Şimali İrlandiya (38 faiz), Uels (37,8 faiz) və Britaniya (37,3 faiz) tutur.

İmperial College London-dan olan alimlərin apardığı tədqiqatın nəticələrinə görə, orqanizmdəki artıq piy böyük ehtimalla xəstəliyin inkişafına və ya xəstəlik riskinin iki dəfə artmasına gətirib çıxara bilər.

Piylənmə xərçəng xəstəliyinin 11 növünün inkişafını təşviq edir:

Mədə xərçəngi Qalın və düz bağırsaq Mədəaltı vəz Böyrəklər Süd vəziləri Yumurtalıqlar Uşaqlıq Tənəffüs yolları və sümük iliyi Qaraciyər Öd kisəsi Öd kanalları

Mənbə: İmperial College London-un tədqiqatı

Lakin siqaret çəkmək qarşısı alına bilən xərçəng səbəblərindən biri olaraq qalır.

Baxmayaraq ki, 19,4faiz-dən bu rəqəm 2011-ci ildə 15,1faiz-ə qədər düşüb.

Aşırı piylənmə və ultrabənövşəyi şüalar xərçəng xəstəliklərinə ən çox risk yaradan sayca ikinci və üçüncü amillərdir.

"Mən hiss edirdim ki, baş verənlərə görə özüm günahkaram"

51 yaşlı Janet Boak menopauza dövrü başladıqdan 4 il sonra qan ləkələri aşkar edib və ona uşaqlıq xərçəngi diaqnozu qoyulub.

Xəstənin üzərində tam histerektomiya (uşaqlığın götürülməsi) əməliyyatı keçirilib və bu da ona onkoloji qaynağı aradan qaldırmaq imkanı yaradıb.

"Mən başa düşdüm ki, baş verənlərə görə özüm günahkaram ", - deyə uşaqlıq xərçənginə yaxalanan 55 yaşlı Janet etiraf edir.

Əməliyyatdan sonra aparılan analizlər zamanı məlum olub ki, Janet-in xəstəliyinin inkişafına artıq çəki zərərli təsir göstərib. Xərçəng diaqnozu qoyulan zaman Janet 127 kilo olub.

"Mən başa düşdüm ki, baş verənlərə görə özüm günahkaram ", - deyə 55 yaşlı Janet etiraf edib.

"Mənim belə bir fikrə gəldim ki, öz sağlamlığıma diqqətli yanaşsaydım bu xəstəliyə yaxalanmaqdan xilas ola bilərdim ", - deyə o, əlavə edib