Dəməşq yaraqlılar tərəfindən atəşə tutulub, 27 dinc sakin ölüb


Dünya 27 Mar 2018 23:23:41 263 0

Dəməşq yaraqlılar tərəfindən atəşə tutulub, 27 dinc sakin ölüb

Həmçinin 58 nəfər yaralanıb

Suriyanın Dəməşq əyalətinin yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 27 dinc sakin həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada düşmən Tərəflərin Barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

"Gün ərzində qanunsuz silahlı birləşmələrin yaraqlıları Dəməşqin Muhayyam əl-Yamuk rayonundan paytaxt məhəllələrini 6 dəfə atəşə tutublar, 13 mina atılıb. 27 nəfər ölüb, 58 dinc sakin yaralanıb. Dağıntı var", - deyə o bildirib.