Allah insanların yollarını azacağını bilirdisə, nə üçün yaratdı?


Digərləri 27 Mar 2018 23:20:00 290 0

Allah insanların yollarını azacağını bilirdisə, nə üçün yaratdı?

Uca Allahın insanların yaradılış səbəbini Qurani-Kərimdə bildirir: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56).

Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah Öz elmi ilə hər şeyi əhatə etmişdir və kimin hansı əməl edəcəyini bildiyi üçün əvvəlcədən qədəri yazmışdır. Lakin, bu o demək deyil ki, Allah insanları məcbur edir. İnsan ixtiyar sahibi olaraq pisi və yaxşını özü seçir. Uca Allah buyurur: "Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: "Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?" (Ta Ha, 134). Son.az