Azərbaycanda uşaqlara bayram adlarının qoyulması


Digərləri 27 Mar 2018 22:14:00 289 0

Azərbaycanda uşaqlara bayram adlarının qoyulması

Azərbaycanda uşaqlara bayram adlarının qoyulması halları azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, son illər ərzində yeni doğulanlara Bayram, Novruz, Ramazan, Oruc adları daha az qoyulur. Bu il isə bu adlar heç bir uşağa qoyulmayıb.

Bayramla bağlı olan adlar arasından uşaqlara daha çox qoyulanı Ramazandır. Bu adın da bayramla bağlı adlar arasında üstünlük təşkil etməsinə baxmayaraq, ona da olan maraq azalıb. Son 5 il ərzində Azərbaycanda Ramazan adı 396 nəfər qoyulub. 2014-cü ildə 117 nəfərə Ramazan adı qoyulduğu halda, 2017-cı ildə bu ad qoyulan uşaqların sayı illər üzrə bir qədər də azalaraq 92-yə enib.

Uşaqlara qoyulan bayramla bağlı adlar sırasında sonrakı yerləri Bayram, Oruc, Novruz adları tutur.

Son 5 ildə 293 uşağa verilən Bayram adı 2014-cü ildə 94, 2017-ci ildə 62 uşağa verilib.