Çoxsaylı silahsursatla tutulan bu azərbaycanlı qanqsterlər kimdir? FOTO


Digərləri 27 Mar 2018 21:48:00 279 0

Çoxsaylı silahsursatla tutulan bu azərbaycanlı qanqsterlər kimdir?  FOTO

Odessa vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycandan olan kriminal qruplaşmanın üzvlərini həbs ediblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki,restoranlardan birinin qarşısında baş verən silahlı atışma ilə bağlı məlumatı Odessa vilayəti üzrə baş polis idarənin rəisi Dmitri Qolovin öz "Facebook" səhifəsində yerləşdirib.

D.Qolovinin yazdıqlarından belə məlum olur ki, bir neçə gün əvvəl xəstəxanalardan birinə ayaq nahiyəsindən güllə yarası almış gənc oğlan yerləşdirilib. Yaralı baş vermis hadisə ilə bağlı danışmaqdan çəkinib. Bu barədə tibb işçiləri özləri polisə məlumat veriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının suallarını cavablandıran yaralı ilkin ifadəsində silahla ehtiyatsız davranması nəticəsində xəsarət aldığını deyib. Onun bu ifadəsini 11 nəfər şahid də təsdiqləyib.


Xəbərə aid fotolar