Britaniyada ananas avokadoya qalib gəlir


Digərləri 27 Mar 2018 21:26:00 329 0

Britaniyada ananas avokadoya qalib gəlir

Britaniya mətbuatından "The Independent" yazır ki, Britaniyada ananas ilk dəfə olaraq populyarlıqda avokadonu geridə qoyub.

Britaniyalılar avokadonu həm müxtəlif salatlarda, həm də buterbrodlarda istifadə edirlər.

Məqalədə deyilir ki, ölkənin "ən instragramlaşdırılmış" meyvəsi populyarlığını itirməyə başlayıb və indi onun yerini ananas ələ keçirir.

Britaniyanın ən böyük supermarketlərindən Tesco bildirir ki, 2017-ci il ərzində ananasın satışı 15 faiz artıb və beləliklə bu meyvə ölkənin ən çox satılan təamına çevrilib.

Müqayisə üçün deyilməlidir ki, bu dövrdə avokadonun satışı cəmi 10 faiz artıb.