Mingəçevirdə piyada iki maşının arasında qalaraq xəsarət alıb - FOTO


Sosial 27 Mar 2018 21:25:15 228 0

Mingəçevirdə piyada iki maşının arasında qalaraq xəsarət alıb - FOTO

Hadisə şəhərin 20 Yanvar küçəsində baş verib

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində piyadalar üçün müəyyən olunmamış yerdən yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub.

Piyada “Toyota” və “VAZ-21012” markalı maşınların arasında qalaraq əzilib. Ağır xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, yaralının ayağı sınıb, başından və bədəninin digər hissələrindən xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.