Ağdamda ağır qəza: ölən və xəsarət alanlar var


Digərləri 27 Mar 2018 21:31:00 271 0

Ağdamda ağır qəza: ölən və xəsarət alanlar var

Ağdam rayonunda ölümlə nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndi ərazisində baş verib. "VAZ 21015" markalı 90-XT-485 dövlət nömrə nişanlı avtomobil "Lada Priora" markalı 02-BM-892 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə şəxs isə ağır xəsarət alıb. Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına və yaxınlıqdakı "N" saylı hərbi hospitala çatdırılıb. Yaralıların vəziyyətinin kritik olduğu bildirilir.