Mingəçevirdə piyada iki maşının arasında qaldı FOTO


Digərləri 27 Mar 2018 21:39:00 256 0

Mingəçevirdə piyada iki maşının arasında qaldı  FOTO

Hadisə şəhərin 20 Yanvar küçəsində baş verib

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin 20 Yanvar küçəsində piyadalar üçün müəyyən olunmamış yerdən yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub.

Piyada "Toyota" və "VAZ-21012" markalı maşınların arasında qalaraq əzilib. Ağır xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, yaralının ayağı sınıb, başından və bədəninin digər hissələrindən xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar