Narkoz masasında şagirdlərinə dərs izah edən müəllimə görənləri təəccübləndirdi FOTO


Digərləri 27 Mar 2018 21:12:00 339 0

Narkoz masasında şagirdlərinə dərs izah edən müəllimə görənləri təəccübləndirdi  FOTO

Bir müəllimənin əməliyyata girərkən atdığı ibrətamiz hərəkəti ətrafdakıların, ələlxüsus, həkimlərin təəccübünə səbəb olub.

Belə ki, Son.az-a daxil olan məlumata görə, Mingəçevir sakini, 40 ildən artıqdır pedaqoq kimi çalışan 65 yaşlı müəllimə Səxavət Məmmədquliyeva narkoz zamanı şagirdlərinə dərs izah edib. Son.az-a açıqlama verən müəllimə hadisəyə bu cür rəy bildirib:

"Narkoz zamanı çətin həndəsi məsələ üzərində fikirləşib, həllini tapandan sonra onu şagirdlərimə aydın başa salmaq üçün daha asan üsullar axtarmağa başladım. Öz-özümə təlaş keçirirdim ki, şagirdlərim bunu anlamaqda çətinlik çəkəcək, çətin tapşırıqdır. Ona görə də əməliyyata girməmişdən öncə bunu onlara izah etdim".


Xəbərə aid fotolar