Bakıda 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib


Digərləri 27 Mar 2018 21:14:00 238 0

Bakıda 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib

Taksi xidməti göstərmək istəyən 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib. Onları minik avtomobili kirayə vermək adı ilə aldadaraq külli miqdarda pullarını alıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 200 nəfərə yaxın adamı aldadaraq 100 min manata yaxın pul mənimsəyiblər. Saytlardan birində taksi fəaliyyəti göstərmək üçün minik avtomobillərinin kirayəyə verildiyi haqda elan yerləşdirilib. Şərtlərdə də qeyd edilib ki, 48 ay ödənişdən sonra maşın sürücüyə qalacaq. Elanı görən 200-ə yaxın vətəndaş da həmin şəxslə əlaqə saxlayıb və razılığa gəlib, tələb edilən məbləğlər də ödənilib. Hətta kirayə maşın götürmək istəyən insanlar İlqar İsmayılov küçəsində yerləşən ofisə dəvət edilib və orada onlara 2 maşın göstərilib. Bu yolla da 200-ə yaxın vətəndaş aldadılıb.Vətəndaşlara verilən nömrələrə isə zəng catmır. Aldadıldıqlarını bilən şəxslər polisə müraciət ediblər. Onlar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət edilərək izahatları alınıb, araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin: