Kür çayı üzərində kanat istifadəyə verilib VİDEO


Digərləri 27 Mar 2018 21:16:00 275 0

Kür çayı üzərində kanat istifadəyə verilib  VİDEO

Mingəçevirdə Kür çayı üzərində kanat istifadəyə verilib.

Bu yeni əyləncə növü həm sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Kür çayı üzərində quraşdırlan iki kabineden ibarət yeni əyləncə vasitəsi şəhər üçün yenilikdir. Çayın hər iki sahli istiqamətində hərəkət edən kanata maraq böyükdür. 2 elektro matorla hərəkət etdirilən qurğu tam təhlükəsiz xidmət göstərir. Troslar üzərində hərəkət edən kabinalar 320 kq. çəkiyə malikdir. Burada 6 nəfərin oturması mümkündür.

Bu əyləncə 1 nəfər üçün 2 manata başa gəlir. Bir dəfə tur isə 8-10 dəqiqə çəkir. Sakinlər deyir ki, əgər kanat körpüdən uzaq olsaydı, nəqliyyat vasitəsi kimi də istifadə edilə bilərdi.