"Özümü bir anlıq itirdim, şoka düşdüm" Sənubər İskəndərli illər öncə baş verən hadisədən danışdı


Kriminal 27 Mar 2018 21:17:00 324 0

"Özümü bir anlıq itirdim, şoka düşdüm"  Sənubər İskəndərli illər öncə baş verən hadisədən danışdı

Əməkdar artist Sənubər İskəndərli illər sonra etiraf edib.

Son.az-a açıqlama verən tanınmış aktrisa universitet illərini xatırlayıb:

"Mən ali təhsil almağa qərar verəndə artıq bir qızım var idi. Şərqşünas olmaq istəyim alınmamışdı. Qiyabi təhsil almaq istəyirdim. Bir müğənni rəfiqəm İncəsənət Universitetinə sənəd verəndə onunla birlikdə şansımı yoxlamaq üçün mən də sənəd verdim. İmtahanda komissiyanın üzvləri tanınmış şəxslər idi.