Avropalıların 37 faizi "feyk" xəbərlər oxuyur


Digərləri 27 Mar 2018 20:40:00 342 0

Avropalıların 37 faizi "feyk" xəbərlər oxuyur

Avropalıların 37%-i hər gün reallığı təhrif edən və bilərəkdən yalan informasiyalar yayan "feyk" xəbərlərlə üzləşir. Bu haqda AB-yə daxil olan 28 ölkədə sorğu keçirən Eurobarometer" məlumat yayıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, araşdırmaya görə, feyk xəbərlər onlayn-mediada daha çox, qəzet, radio və tv-də isə nisbətən az yayılır. Rəyi soruşulanların 44%-i feyk xəbərlərlə ən çox internetdə rastlaşdıqlarını bildiriblər. 

Əhalinin 71%-i hesab edir ki, onlar xəbərin feyk olub-olmadığını müəyyən etməyi bacarırlar.