"Mercedes Benz" də avtomobilləri geri çağırdı Təhlükəsizlik yastıqlarında problem


Dünya 27 Mar 2018 20:25:00 187 0

"Mercedes Benz" də avtomobilləri geri çağırdı  Təhlükəsizlik yastıqlarında problem

"Mercedes Benz" şirkəti 4400-dən çox avtomobilini geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.

Qeyd edək ki, geri çağırılma 2013-2017-ci illərdə Rusiyada satılmış C və GLC modellərinə şamil olunur.