Təbriz Teatrı yenidən Musiqili Teatrda


Kriminal 27 Mar 2018 19:48:00 211 0

Təbriz Teatrı yenidən Musiqili Teatrda

Yaratdığı obrazlarla İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz Teatrının rəhbəri Babək Nəhreynin iştirakıyla 27 və 30 mart tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında konsert proqramı olacaq.

Qurumun mətbuat xidmətindən Son.az-a bildirilib ki, ötən il Musiqili Teatrda tamaşaçıların görüşünə "Bəxtəvər" komediyası ilə gələn güneyli aktyor bu dəfə də təqdim edəcəyi layihəni Novruz Bayramı günlərində İrandan - soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə gələn çoxsaylı turistlərin mədəni istirahətlərini təmin etmək üçün təşkil edib.

İranlı incəsənət nümayəndələri - müğənni Ayhan, foks ustası Cavad Əkbəri ilə yanaşı, Azərbaycanda son dövrlər populyarlıq qazanan gənc estrada müğənniləri Damla və Çinarə Məlikzadənin də çıxış edəcəyi konsert proqramında, həmçinin, Musiqili Teatrın balet truppasının hazırladığı milli rəqslər də nümayiş olunacaq.