BƏƏ ilk nüvə reaktorunun tikintisini sona çatdırıb


Dünya 27 Mar 2018 19:24:00 314 0

BƏƏ ilk nüvə reaktorunun tikintisini sona çatdırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkədə inşa edilən ilk "Baraka" atom elektrik stansiyasının (AES) birinci nüvə reaktorunun tikintisini sona çatdırıb.

Son.az xəbər verir ki, bu barədə report WAM dövlət informasiya agentliyinə istinadən xəbər verir.

Nüvə reaktorunu 69 ay ərzində BƏƏ-nin Emirates Nuclear Energy Corporation (ENEC) şirkəti əsas podratçı və tərəfdaşı olan Cənubi Koreyanın Korea Electric Power Corporation (KEPCO) şirkəti ilə birgə inşa edib. Reaktor artıq may ayında yanacağın doldurulmasına hazır olacaq.

Qeyd edək ki, "Baraka" AES-in tikintisinə 2012-ci ildə başlanılıb, hazırda işlərin 86%-i yerinə yetirilib. İkinci, üçüncü və dördüncü reaktorlar üzrə işlərin müvafiq olaraq 92%, 81% və 66%-i görülüb.