Erməni cinayətlərindən bəhs edən film çəkilib


Digərləri 27 Mar 2018 18:48:00 233 0

Erməni cinayətlərindən bəhs edən film çəkilib

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Erməni təcavüzünün qanlı səhifələri" sənədli televiziya filminin istehsalını başa çatdırıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, AzTV ilə AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan film ermənilərin 1918-ci il martın 31-də türk-müsəlman xalqlarına qarşı törətdikləri soyqırımın 100 illiyinə həsr olunub.

Ekran işində ermənilərin vəhşi cinayət əməllərinin qanlı səhifələri sənədlərin, şahidlərin və tarıxçi alimlərin xarici dövlətlərin arxivlərindən üzə çıxardıqları yeni faktların dili ilə tamaşaçılara çatdırılır. Filmdə tarixçi-alimlər Güntəkin Nəcəfli, Kamran İsmayılov, İlqar Niftəliyev və Natiq Məmmədzadənin də fikirləri yer alıb.