"Galatasaray"ın futbolçusu Premyer Liqa klubunun hədəfində


İdman 27 Mar 2018 18:31:00 225 0

"Galatasaray"ın futbolçusu Premyer Liqa klubunun hədəfində

"Galatasaray"ın yarımmüdafiəçisi Qari Rodriqez Premyer Liqa təmsilçisi "Newcastle United"in maraq dairəsinə düşüb. Goal.az xəbər verir ki, "sağsağanlar" 27 yaşlı havbekin transferini yayda rəsmiləşdirmək istəyir. Rodriqezin transferi 10 milyon funta başa gələ bilər. O, 2017-ci ilin qışında PAOK-dan "sarı qırmızılar"ın heyətinə qoşulmuşdu.