Azərbaycanda təhsil işçilərinin əməkhaqqı artırıldı


Digərləri 27 Mar 2018 17:49:00 225 0

Azərbaycanda təhsil işçilərinin əməkhaqqı artırıldı

Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında" qərarına dəyişikliklər edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu dəyişikliklərə əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər 535 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 482 manat müəyyən edilib.

Buna qədər isə müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat olub.