Türkiyədə casusluqda şübhəli bilinən "diplomat" qaçdı


Digərləri 27 Mar 2018 16:30:00 389 0

Türkiyədə casusluqda şübhəli bilinən "diplomat" qaçdı

Niderland Krallığı Türkiyədə fəaliyyət göstərən diplomatlarından birini "təhlükəsizlik tədbiri" çərçivəsində geri çağırıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, geri çağrılan diplomatı Niderland kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinir. Onun Türkiyənin hüquq mühafizə orqanları tərəfindən istintaqa çəkiləcəyindən ehtiyatlanan Hollandiya hökuməti diplomatı geri çağırıb.

Bir müddət əvvəl "Daily Sabah" qəzeti bildirmişdi ki, Türkiyədə Krallığın hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilinən Hollandiya vətəndaşı saxlanılıb. İstintaqın məlumatına əsasən, "diplomat" adı altında gizlənən həmin şəxs Türkiyənin terrorçu İŞİD qruplaşması ilə əlaqə saxlaması barədə şaiyə yayıb.