Rusiya mundialını boykot etməyi düşünən ölkələr 5-ə çatdı


İdman 27 Mar 2018 16:22:00 219 0

Rusiya mundialını boykot etməyi düşünən ölkələr 5-ə çatdı

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Serqey Skripalın zəhərlənməsinə görə Rusiyada keçiriləcək mundialı rəsmən boykot edən ilk ölkə İslandiya oldu. "Vikinqlər"in heç bir dövlət nümayəndəsi turnirdə olmayacaq. Goal.az xəbər verir ki, daha 4 ölkənin buna qoşulması gözlənilir. Bunlar Polşa, Danimarka, İsveçrə və Yaponiyadır. Analoji təşəbbüsü digər dövlətlər də dəstəkləyə bilər. Avstraliya, Almaniya isə boykot məsələsinə qarşı çıxıb.