Ufuk Budak "Samsunspor"la müqavilə yeniləyə bilər


İdman 27 Mar 2018 16:40:00 267 0

Ufuk Budak "Samsunspor"la müqavilə yeniləyə bilər

Türkiyə çempionatının aşağı dəstəsində çıxış edən "Samsunspor" Azərbaycan millisinin futbolçusu Ufuk Budakla müqaviləni uzatmaq niyyətindədir. Goal.az rəhbərlik klubun I Liqada qalacağı təqdirdə müqaviləsi başa çatan və icarə əsasında oynayan futbolçularla görüşəcək.

Mövsümün sonunda "Samsunspor"dan ayrılmaq istəyən futbolçular klubun Qəyyumlar Şurası tərəfindən idarə olunmasından sonra fikirlərini dəyişərək komandada qalmaq istəyiblər. Ufuk Budakla yanaşı, Muhammed Beşir, Gökay İravul, Ahmet Burak, Göksu Türkdoğan və Kenan Karışıkın da mövsümün sonunda müqaviləsi başa çatır. "Samsunspor" klubu 28 turdan sonra I Liqada 33 xalla 14-cü pillədə qərarlaşıb.