ABŞ Türkiyədəki "İncirlik" bazasının bağlanması barədə məlumatları təkzib edib


Dünya 27 Mar 2018 14:29:14 274 0

ABŞ Türkiyədəki "İncirlik" bazasının bağlanması barədə məlumatları təkzib edib

CENTCOM: Bu cür yalan və əsassız yazılar müttəfiqlərimiz arasında etimadın itirilməsinə və parçalanmaya səbəb olur

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Amerika hərbçilərinin Türkiyədəki "İncirlik" və Qətərdəki "Əl-Udeyd" hərbi bazalarının tərk edilməsi barədə KİV-də yayılan məlumatları təkzib edib.

Bu barədə "Report" NewsRu.co.il saytına istinadən xəbər verir.

"Bu cür yalan və əsassız yazılar müttəfiqlərimiz arasında etimadın itirilməsinə və parçalanmaya səbəb olur. Halbuki təhlükəsizlik sahəsində problemlərin həlli üçün qarşılıqlı əlaqə və birlik lazımdır", - Mərkəzi Komandanlığın bəyanatında bildirilir.