"Razılığımız olmadan vəkillik fəaliyyəti göstərənlər məsuliyyətə cəlb ediləcək"


Digərləri 27 Mar 2018 14:16:00 262 0

"Razılığımız olmadan vəkillik fəaliyyəti göstərənlər məsuliyyətə cəlb ediləcək"

Vəkillər Kollegiyasına ən çox şikayət vətəndaşlar tərəfindən göndərilir. Əgər faiz etibarilə götürsək, bu, təqribən, 70% civarındadır. 

Son.az xəbər verir ki, bunu report-a Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, şikayətlərin bəziləri özünü vəkil kimi təqdim edən digər hüquqşünaslardandır: "Bəzi hüquqşünaslar özlərinə vətəndaşlara vəkil kimi təqdim edirlər. Vətəndaşlar da inanır, pul ödəyir, müqavilə bağlayırlar. Ancaq sonradan onlar vəkil olmadığı müəyyənləşir. Nəticə etibarilə vəkilliyin nüfuzu aşağı düşür. Ona görə də Vəkillər Kollegiyası olaraq biz vəkilliklə bağlı olan bütün adları artıq hüquqi qeydiyyata almışıq. Aprelin 1-dən etibarən həmin adlardan qanunsuz, yəni Vəkillər Kollegiyasının razılığı olmadan yararlananlar həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunacaqlar. Yəni biz bununla ciddi şəkildə mübarizə aparacağıq".