Türkiyə ordusu Suriyanın daha bir rayonunun terrorçulardan təmizlənməsi üçün əməliyyata başlayıb


Dünya 27 Mar 2018 13:36:40 268 0

Türkiyə ordusu Suriyanın daha bir rayonunun terrorçulardan təmizlənməsi üçün əməliyyata başlayıb

Əməliyyatda Azad Suriya Ordusunun 10 min döyüşçüsü iştirak edir

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin şərqində yerləşən Suriyanın Tel-Rıfat rayonunun terrorçu PKK/YPG-PYD terrorçularından təmizlənməsi məqsədilə antiterror əməliyyatına başlayıb.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, Tel-Rıfat rayonu “Fərat qalxanı” əməliyyatı nəticəsində terrorçulardan təmizlənən Mare və Afrin bölgələri arasında yerləşir.

Əməliyyatda Azad Suriya Ordusunun 10 min döyüşçüsü iştirak edir.

Yerli əhali martın 23-də keçirdikləri nümayişdə “Türkiyə ordusu bizi də xilas etsin!” şüarını səsləndirib.