"Lüksemburq Minsk qrupunun həmsədrlərinin təşəbbüslərini dəstəkləyir"


Siyasət 27 Mar 2018 13:40:00 269 0

"Lüksemburq Minsk qrupunun həmsədrlərinin təşəbbüslərini dəstəkləyir"

Lüksemburq ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüslərini dəstəkləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Lüksemburqun xarici işlər naziri Jan Asselborn Yerevanda erməni həmkarı Edvard Nalbandyanla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Avropa İttifaqının bütün dövlətləri kimi, Lüksemburq da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüslərini dəstəkləyir:

"Hesab edirik ki, bu münaqişənin də həll olunacağı gün gəlib çatacaq".