"Bakı"nın sabiq futbolçusu dünyasını dəyişib


İdman 27 Mar 2018 13:38:00 279 0

"Bakı"nın sabiq futbolçusu dünyasını dəyişib

"Bakı”nın sabiq futbolçusu Mustafa Kamal Söylemez vəfat edib. Goal.az xəbər verir ki, müxtəlif illərdə "zolaqlılar"ın şərəfini qorumuş 32 yaşlı qapıçı dəm qazından dünyasını dəyişib. "Bakı" Futbol Klubu Mustafa Kamalın dünyasını dəyişməsi ilə bağlı məlumat yayıb: "Müxtəlif illərdə klubumuzun şərəfini qorumuş, hamının hörmətini və sevgisini qazanmış Mustafa Kamalın vaxtsız vəfatından hədsiz dərəcədə kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, yerin cənnət olsun, gözəl insan!" Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.