Sebalyos: "Bir sıra futbolçular "Real"da yarım dəqiqə oynamaq istərdi"


İdman 27 Mar 2018 13:03:00 297 0

Sebalyos: "Bir sıra futbolçular "Real"da yarım dəqiqə oynamaq istərdi"

"Real"ın yarımmüdafiəçisi Dani Sebalyosun klubunu dəyişə biləcəyi ehtimal edilir. Onun adı sabiq klubu "Betis" və "Milan"la hallanır. Goal.az xəbər verir ki, ispaniyalı havbek "Real"da qalmaq istədiyini bildirib.

"Milad ərəfəsində Kike Setyen ("Betis"in baş məşqçisi) mənimlə əlaqə saxladı. Amma mənim mövqeyim tam aydındır. Madriddə qalmaq istəyirəm. Mövsümün sonuna qədər çox şey baş verə bilər. "Real"da oynamaq şanslarım var. Heç kim və heç nə arzumu aradan apara bilməz. "Leganes"lə oyun mənim üçün çətin oldu. Cəmi 30 saniyə meydanda oldum, evə məyus döndüm. Lakin bir sıra futbolçular "Real"da yarım dəqiqə oynamaq istərdi. Həm də növbəti məşqdə Zidan mənə üzrxahlıq etdi, arada anlaşılmazlıq yoxdur. Düzdür, daha çox oynayacağımı düşünürdüm. Ciddi çalışıb maksimum gücümü ortaya qoymaq istəyirəm. Məşqçi mənə şans verəcək və bundan yararlanacam".