Qatil dayənin məhkəməsi başlanıb FOTO


Digərləri 27 Mar 2018 11:38:00 249 0

Qatil dayənin məhkəməsi başlanıb  FOTO

6 yaşlı Lusiya və 2 yaşlı Leo Krimləri amansızlıqla qətlə yetirmiş dayə Yoselin Orteqanın məhkəmə prosesi başlanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, məşum qətl 2012-ci ilin oktyabrında, ABŞ-ın Nyu-York şəhərinin Manhetten bölgəsində, Yuxarı İst-sayd səmtində tördəilmişdi.

Dayəlik etdiyi uşaqları öldürəndən sonra Yoselin Orteqa boğazını kəsmişdi.

Evə qayıdan Merilin Krim övladlarının cəsədlərini görəndə polis çağırmışdı.

Hadisə yerinə gəlmiş polislər Orteqanı dəhlizlə vanna otağının arasında, döşəmədə, qan içində tapmışdılar. Onun yanında qanlı bıçaq vardı.