Messi: "Dibala və mən eyni mövqedə oynayırıq"


İdman 27 Mar 2018 11:10:00 275 0

Messi: "Dibala və mən eyni mövqedə oynayırıq"

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli "Juventus"un hücumçusu Paulo Dibalanı komandanın oyun tərzinə uyğun gəlməyən futbolçu kimi dəyərləndirmişdi. Dünya çempionatında iştirakı sual altında olan gənc forvard buna səbəb kimi Messi ilə eyni mövqedə çıxış etməsini göstərmişdi. Goal.az xəbər verir ki, 30 yaşlı Messi də həmkarının sözlərini təsdiqləyib.

"Paulonun fikirləri ətrafında onunla söhbət etdim. Onun sözləri həqiqəytdir. Dibala "Juventus"da, mən də "Barcelona"da eyni mövqedə oynayırıq, eyni zonalarda yerləşirik. Milli komandada meydana çıxanda Paulo solda oynamalı idi. Ola bilsin, buna öyrəşməyib. Mən nadir hallarda sol cinaha meyillənirəm deyə birlikdə oynamağımız çətindir. Sağda olanda mərkəzə açıla bilirik. Bu zaman qarşımızda bütün meydan açılır".