Bitkoinin qiyməti 8 min dollardan aşağı düşüb


İqtisadiyyat 27 Mar 2018 10:44:14 229 0

Bitkoinin qiyməti 8 min dollardan aşağı düşüb

Kriptovalyuta bazarının kapitallaşması bu ilin minimal həddinə yaxınlaşıb

Sosial xəbər portalı olan"Reddit" bəyan edib ki, bundan sonrabitkoinlə ödəniş qəbul etməyəcək.

"Report" xəbər verir ki, bu açıqlama kriptovalyutanın qiymətinin7 900 ABŞ dollarınadüşməsinə səbəb olub.

Bitkoinlə yanaşı digər kriptovalyutar da ucuzlaşıb vənəticədə bu bazarın kapitallaşması 290 mlrd. dollara düşüb.

Xatırladaq ki, kriptovalyuta bazarındakapitallaşmanın ən yüksək həddi buil yanvarın 8-də (830 mlrd. dollar), ən aşağı həddi isə bu il martın 18-də (277 mlrd. dollar)qeydə alınıb. Hazırda sözügedən göstərici rekord həddən 65% və yaxud 540 mlrd. dollar azdır.

"Report"un analitik qrupu hesab edir ki,bazarın kapitallaşmasının azalması satışları sürətləndirə vəkapitallaşma göstəricisini 250 mlrd. dollara endirə bilər.