Jurnalistin evindən oğurluq olub


Digərləri 27 Mar 2018 10:42:00 231 0

Jurnalistin evindən oğurluq olub

Abşeron rayonunda jurnalist Vasif Həsənlinin evindən oğurluq olub.

Son.az bildirir ki, bu barədə "Report"a V.Həsənlinin özü məlumat verib.

O, hadisə vaxtı evdə olmadığını bildirib: "Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb. Hadisə mən və ailə üzvlərim evdə olmayan zaman baş verib. Naməlum şəxs və ya şəxlər evə pəncərədən daxil olublar. Evdən 1500 manat və azyaşlı oğluma məxsus daxıl-seyfdəki 200-300 manat oğurlanıb".