Rusiyalı məşhur dirijor Bakıya gələcək


Digərləri 27 Mar 2018 10:29:58 168 0

Rusiyalı məşhur dirijor Bakıya gələcək

Heydər Əliyev Sarayında İqor Ponomarenkonun rəhbərliyi altında simfonik orkestrin konserti olacaq

Bu il aprelin 14-də Heydər Əliyev Sarayında Rusiyanın tanınmış dirijoruİqor Ponomarenkonun rəhbərliyi altında simfonik orkestrin konserti baş tutacaq.

"Report"un Rusiya bürosunun məlumatına görə, "Simfonik Rok Hitlər" şousunun proqramına müasir yüksək səviyyəli peşəkar musiqiçilərin rok ifaları daxildir: skripkaların bolluğu, altların sərt səsləri, violançelin şarmı, kontrabasın gücü və barabanların rok-n-roll drayvı.

İ.Ponomarenkonun "IP orchestra" layihəsi yalnız Rusiyada deyil, həm də yaxın və uzaq xarici ölkələrdə də brenddir. Kollektiv 5 qitədə, dünyanın ən yaxşı səhnələrində çıxış edib, tənqidçilər və tamaşaçılardan tərif qazanıb. Orkestrin dirijoru və yaradıcısı olan İ.Ponomarenko klassik musiqi dünyasında tanınan simadır.