"Vətəndaşların demokratik şəkildə səsverməsi üçün lazımi şərait yaradılıb"


Siyasət 27 Mar 2018 10:32:00 258 0

"Vətəndaşların demokratik şəkildə səsverməsi üçün lazımi şərait yaradılıb"

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində vətəndaşların demokratik şəkildə səsvermə hüququndan istifadə etməsi üçün lazımi şərait yaradılıb.

Son.az xəbər verir ki, bu fikri sechki-2018.az saytına açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

M.Kuryaçiy bildirib ki, Ukrayna strateji müttəfiqi olan Azərbaycanda sabit ictimai-siyasi mühitin hökm sürməsində, bu ölkənin iqtisadi cəhətdən güclənməsində maraqlıdır. 

"Azərbaycanda mövcud olan seçki qanunvericiliyinə uyğun olaraq ölkədə seçkilərin demokratik mühitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, Azərbaycan vətəndaşları düzgün seçim edəcəklər", - deyə ukraynalı deputat əlavə edib.