"11 aprel seçkiləri regionda inkişafın və sülhün təminatı olacaq"


Siyasət 27 Mar 2018 10:20:00 243 0

"11 aprel seçkiləri regionda inkişafın və sülhün təminatı olacaq"

Azərbaycan Cənubi Qafqaz regionunun sabitlik və inkişaf qarantıdır. Bu mənada 11 aprel prezident seçkiləri region üçün də əhəmiyyət kəsb edir.

Son.az xəbər verir ki, bu fikirləri sechki-2018.az saytına açıqlamasında özbək alimi, tarixçi Şöhrət Barlas deyib.

Onun sözlərinə görə, Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsi üçün bütün imkanlar var.

"Azərbaycanın bu vaxta qədər keçirdiyi seçkilər şəffaf və demokratik şəraitdə keçib. Yəni, Azərbaycanın bu sahədə uğurlu təcrübəsi var. 11 aprel prezident seçkilərinin də şəffaf keçəcəyinə inanıram. Bu seçkilər regionda inkişafın və sülhün təminatı olacaq",  -deyə Ş.Barlas bildirib.