Rusiyadakı yanğında ölən 25 nəfərin meyiti tanındı


Dünya 27 Mar 2018 09:52:00 211 0

Rusiyadakı yanğında ölən 25 nəfərin meyiti tanındı

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında ölən 25 nəfərin meyiti tanınıb, onlardan 13-ü uşaqdır.

Son.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib. Onun sözlərinə görə, hazırda xəsarət alanların sayı 60 nəfərdir, onlardan 15-nin müalicəsi xəstəxanalarda davam etdirilir.