Abşeronda jurnalistin evindən oğurluq olub


Sosial 27 Mar 2018 09:12:00 239 0

Abşeronda jurnalistin evindən oğurluq olub

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır

Abşeron rayonunda jurnalist Vasif Həsənlinin evindən oğurluq olub.

Bu barədə "Report"a V.Həsənlinin özü məlumat verib.

O, hadisə vaxtı evdə olmadığını bildirib: "Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb. Hadisə mən və ailə üzvlərim evdə olmayan zaman baş verib. Naməlum şəxs və ya şəxlər evə pəncərədən daxil olublar".

Faktla bağlı zərərçəkən Abşeron Rayon Polis İdarəsinə məlumat verib, araşdırma aparılır.

Qeyd edək ki, V.Həsənli ölkə.az saytında çalışır.