Çin ÜTTni ABŞ əleyhinə birləşməyə çağırıb


Digərləri 27 Mar 2018 08:58:00 263 0

Çin ÜTTni ABŞ əleyhinə birləşməyə çağırıb

Çin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan ölkələri ABŞ əleyhinə birləşməyə çağırıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Pekin bunu təşkilata ziyan vurulmaması və ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilmiş rüsumlara qarşı çıxmaq zərurəti ilə əsaslandırıb.

Bildirilir ki, Trampın ticarət siyasəti ÜTT-nin keçmiş rəhbəri Paskal Lami tərəfindən "orta əsrə aid" ticarət adlandırıb və beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olub.