İslandiya Rusiya ilə bütün əlaqələri dayandırıb


Dünya 27 Mar 2018 08:20:00 290 0

İslandiya Rusiya ilə bütün əlaqələri dayandırıb

İslandiya hökuməti Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının Britaniyada, Solsberidə zəhərlənməsi ilə əlaqədar Rusiya ilə bütün əlaqələri müvəqqəti dayandırmağı qərara alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə həmin ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Görülən tədbirlər arasında Rusiya hakimiyyəti ilə bütün yüksək səviyyəli dialoqların müvəqqəti dayandırılması da var", - deyə nazirliyin bəyanatında bildirilir.