Avropa Birliyi texnologiya şirkətlərindən vergi tələb edir


Digərləri 27 Mar 2018 08:25:00 300 0

Avropa Birliyi texnologiya şirkətlərindən vergi tələb edir

Avropa Birliyi, texnologiya şirkətlərinin üzv ölkələrdə ödədiyi gəlir vergisini 3% artıracaq qanun təklifini gözdən keçirir. Təklifdə Google, Facebook və Amazon kimi rəqəmsal texnologiya şirkətlərinin vergilərini qanun çərçivəsində ödəmələri hədəflənir.

Son.az technote.az-a istinadən bildirir ki, dəyərləndirilən təklif iki mərhələlədən ibarətdir. Gəlir vergisi artımı mövcud problemlərə qarşı həll məqsədi daşıyır. Uzun müddətli islahat planında isə rəqəmsal texnologiya şirkətlərinin vergilərini mərkəzlərinin yerləşdiyi ölkələr əvəzinə, satış etdikləri ölkələrdə ödəməsi nəzərdə tutulur.

Qanun təklifində rəqəmsal şirkətlərin son illərdə qazandığı populyarlıq əsas götürülür və dünyanın büdcə baxımından ən böyük 20 şirkətindən 9-nun rəqəmsal şirkətlər olduğu bildirilir. Təklifdə rəqəmsal şirkətlərin effektiv vergi dərəcəsinin də ənənəvi şirkətlərin yarısı qədər olduğu deyilir və bunun rəqəmsal şirkətlərin satış apardıqları ölkələrdə vergiyə cəlb olunmamaqları ilə bağlı olduğu qeyd olunur.